YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Anım Günü Şamaxı rayonunda silsilə tədbirlərlə qeyd olunub

27 Sentyabr Anım Günü Şamaxı rayonunda da silsilə tədbirlərlə qeyd olunub. Səhər saatlarında rayondakı məscidlərdə, həmçinin Şamaxı Cümə məscidində din xadimləri tərəfindən Şəhidlərin əziz xatirəsini yad edilib, ruhlarına dualar oxunub. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, Millət Məclisin üzvü Tamam Cəfərova, YAP Şamaxı rayon təşkilatının sədr əvəzi Bəxtiyar Abbasov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərlərinin, idarə, təşkilat və müəssisələrinin kollektivləri və rayon sakinləri tərəfindən Şəhidlər xiyabanı ziyarət olunub, məzarlar üzərinə tər çiçəklər düzülüb. Tədbirlər çərçivəsində Şəhidlər xiyabanı ətrafındakı ərazidə rayon ictimaiyyətinin iştirakı ilə 500 ədəd Eldar şamı əkilib. Ağacəkmədə  YAP  fəal  gəncləri də yaxından iştirak ediblər. Şamaxı Tarix-diyarşünaslıq muzeyinin qarşısında təşkil olunmuş rəsmi tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov “Dəmir yumruq” adlı əməliyyatla Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuzun böyük zəfəri ilə yekunlaşan 44 günlük Vətən müharibəsindən geniş söhbət açaraq müharibələrin itkisiz olmadığını qeyd edib, vətən övladlarının böyük şücaət göstərərək qəhrəmancasına şəhid olduqlarını bildirib. Natiq Şəhidlərimizin bizə bəxş etdiyi misilsiz qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını diqqətə çatdırıb.

 Mərasimdə çıxış edən deputat Tamam Cəfərova Vətən müharibəsi ilə xalqımızın əyilmiş qəddinin yenidən düzəldiyini, milli qürurumuzun geri qaytarıldığını bildirib, artıq dünya xalqları qarşısında başımızın dik, alnımızın açıq olduğunu diqqətə çatdırıb. Tamam Cəfərova qeyd edib ki, 44 günlük müharibədə Prezident İlham Əliyev təkcə cəbhədə ermənilərlə döyüşlərə rəhbərlik etmədib, diplomatiya və informasiya sahəsində də dünyanın bir çox ölkələri ilə mübarizə aparıb, Azərbaycanın bu davada haqq səsini bütün dünyaya çatdıraraq xalqımızın tələbi ilə Şanlı Ordumuzun ədaləti bərpa etdiyini bəyan eib.

Sonra YAP Şamaxı rayon təşkilatının sədr əvəzi Bəxtiyar Abbasov, QMİ-nin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərəhməd Mustafayev, rayon Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov və şəhid atası Rza Nəbiyev çıxış edərək Şanlı Azərbaycan ordusunun hər bir əsgərinin mərdlik, şücaət göstərdiyini vurğulayıb, düşmənə sarsıdıcı zərbə vuraraq yaddaşlarından silinməyəcək dərs verdiklərini qeyd ediblər.

Mərasimdə məktəb şagirdlərinin ifasında fleşmob və ədəbi-bədii kompazisiyalar nümayiş olunub. Tədbir “Qalib Azərbaycan xalqı”, “Müzəffər Ali Baş Komandan”, “Şəhidlər ölməz, Vətən bölünməz!” şüarları ilə yekunlaşıb. Ölkəmizin hər yerində olduğu kimi saat 12:00-da Şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. 27 Sentyabr - Anım Günü ilə əlaqədar iştirakçılar rayonun ayrı-ayrı kəndlərinə dəfn olunan şəhidlərin məzarlarını ziyarət ediblər, həmçinin Vətən müharibəsinin ilk günü şəhid olan Rza Məmmədov, İsaxan Qanıyev və Nadir Soltanovun ailələrinə baş çəkiblər. Eyni zamanda, şəhid Qəniyev İsaxan İsaman oğlunun adına  yeni inşa olunan bulağın açılışında iştirak  ediblər.

 

DİGƏR Xəbərlər Arxiv