YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gədəbəydə şəhid Seymur Ələsgərovun xatirəsi yad edilib

Sentyabrın 28-də Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayev, Yeni Azərbaycan Partiyası Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev, Milli Məclisin deputatı Arzu Nağıyev, YAP Gədəbəy rayon təşkilatının Gənclər Birliyinin üzvləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də rayon ictimaiyyəti və kənd sakinlərinin iştirakı ilə 44 günlük vətən müharibəsində Vətənimizin müdafiəsi uğrunda öz canından keçən şəhid -​ rayonun ​ Novosaratovka kənd sakini Ələsgərov Seymur Əli oğlunun xatirəsi yad edilib.

Tədbir iştirakçıları şəhidin məzarını ​ ziyarət edib, məzarına ​ tər güllər düzüblər.

Ailəsi ​ ilə söhbətlər aparılıb onların qayğı və problemləri dinlənilib. Şəhid ailələri dövlətin göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildiriblər.

Allahdan bütün Şəhidlərimizə rəhmət diləyir, onları dərin ehtiramla anır, ruhları qarşısında baş əyirik!