YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Göygöl rayonunda bir sıra tədbirlər təşkil olunub

27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Göygöl rayonunda bir sıra  tədbirlər təşkil olunub.

Tədbirlərdə Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, başçının birinci müavini, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər ictimaiyyəti iştirak edib.

Tədbirlər çərçivəsində Göygöl rayonunun Mollacəlilli kəndində şəhid bulağı, Yeni Qızılca və Üçtəpə kəndlərində abidə kompleksləri açılıb, eyni zamanda, Göygöl şəhərindəki Şəhidlər xiyabanı ziyarət olunub. Torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərimizin ruhlarına dualar oxunub və şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən natiqlər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda şəhid olanların döyüş yolundan danışıblar. Daha sonra şəhid övladları Vətənə və şəhidlərimizə həsr olunmuş şerlər söyləyiblər.

Daha sonra şəhidlərin anım gününə həsr olunmuş ağacəkmə kampaniyası keçirilib və rayon ərazisində 500-dən çox ağac əkilib.