YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Panama Respublikasının yeni seçilmiş Prezidenti Xuan Karlos Varela Rodrigesə təbrik ünvanladı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Panama Respublikasının yeni seçilmiş Prezidenti Xuan Karlos Varela Rodrigesə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Panama Respublikasının Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan ilə Panama arasındakı münasibətlər xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcək və genişlənəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, dost Panama xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.”