YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Müdafiə Nazirliyindən erməni valideynlərə müraciət: övladlarınızı mənasız xəyallar uğrunda ölümə yollamayın

Ermənistanın müdafiə naziri Seyran Ohanyanın bəyanatı vicdanını və şərəfini günahsız dinc insanların qanı ilə ləkələmiş cəlladın növbəti uydurmasıdır.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Xocalıda və Azərbaycanın işğal olunmuş digər ərazilərində mülki əhaliyə, o cümlədən körpələrə, qadınlara və ahıllara divan tutan bir şəxsin öz torpaqlarının işğaldan azad edilməsi uğrunda döyüşən Azərbaycan xalqını təhqir edərək insaniyyətdən danışmağa mənəvi haqqı və hüququ yoxdur. Yüzlərlə uşağı qanına qəltan edən bu cani öz övladlarının və Azərbaycanın işğal olunmuş ərazilərində nahaq yerə məhv edilən, yaralanaraq şikəst olan ermənilərin uşaqlarının və yaxınlarının gözünə baxa bilirsə, bu onun psixi cəhətdən anormal olduğunu göstərir.
Bu gün və illərdir ki, S.Ohanyanın və cinayətkar erməni rəhbərliyinin ağlasığmaz təkəbbürünün əvəzini erməni xalqı hər gün qapılarına gətirilən tabutlarla ödəyir.
Biz erməni valideynlərə müraciət edərək övladlarını mənasız xəyallar uğrunda ölümə yollamamağa çağırırıq. Çünki son erməni işğalçısı Azərbaycan torpaqlarını tərk edən günədək siz bundan da ağır və sarsıdıcı itkilərlə qarşılaşacaqsınız.