YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MDB-nin mənzil-qərargahında Azərbaycanın təklifləri müzakirə ediləcək

Martın 10-11-də Belarusun paytaxtında MDB İcraiyyə Komitəsində 2020-ci ilədək olan dövr üçün Birliyin İqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər planının layihəsi barədə razılaşdırılmış təkliflərin hazırlanması üzrə işçi qrupunun iclası olacaq. Bu barədə təşkilatın Minskdəki mənzil-qərargahının mətbuat xidmətindən məlumat veriblər.
Strategiya 2008-ci il noyabrın 14-də Kişineuda MDB Hökumət Başçıları Şurasının (HBŞ) iclasında bəyənilib. Strategiyanın birinci (2009-2011-ci illər) və ikinci (2012-2015-ci illər) mərhələlərinin həyata keçirilməsinə dair planlar MDB HBŞ-nin 2009-cu il mayın 22-də Astanada və 2011-ci il oktyabrın 18-də Sankt-Peterburqda keçirilmiş müvafiq iclaslarında təsdiq edilib.
2014-cü il noyabrın 7-də Birliyin iştirakçısı olan dövlətlərin Əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə məsləhət şurasının XXVII iclasında 2020-ci ilədək olan dövr üçün MDB-nin İqtisadi inkişaf strategiyasının üçüncü mərhələsinin (2016-2020-ci illər) həyata keçirilməsinə dair Tədbirlər planının layihəsi barədə Şuranın razılaşdırılmış təkliflərinin hazırlanması qərara alınıb.
Minskdə keçiriləcək iclasda işçi qrup işə başlayaraq Azərbaycan, Belarus, Qırğızıstan, Rusiya Federasiyası və Tacikistandan daxil olmuş təkliflərə baxacaqdır.