YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hicran Hüseynova: Biz inanırıq ki, növbəti parlament seçkilərində qadınlarımız daha fəal olacaqlar

«Respublikamızda dövlət qadın siyasətinin həyata keçirilməsi Ümummilli lider Heydər Əliyevin adı ilə sıx bağlıdır.  O, qadın hüquqlarının müdafiəsini öz siyasi fəaliyyətinin tərkib hissəsi saymış və qarantı olmuş, milli qadın hərakatının formalaşması, genişlənərək institutlaşması üçün böyük işlər görmüşdür». Bu fikirləri yap.org.az saytına müsahibəsində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

H.Hüseynova bildirib ki, Azərbaycan əhalisinin ümumi sayının 50,2%-ni təşkil edən qadınlar cəmiyyətin müxtəlif sferalarında çalışırlar. Onların əldə etdikləri ictimai – siyasi, elmi, mədəni, sosial – iqtisadi və digər sahələrində əldə etdikləri  uğurlar, bütövlükdə dövlətimizin nailiyyətidir. Onun sözlərinə görə,  Azərbaycan Respublikasının 85 rayon üzrə  İcra Hakimiyyəti başçısının  qadın müavinlərinin sayı artaraq 78-ə çatmışdır.

 «Qadın hakimlərinin də sayı  yüksələrək 65 olmuşdur. Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri qadındır, rəhbər vəzifələrdə çalışan qadınlar 84 nəfərdir. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi 28%, sahibkarlar arasında isə 19%-dir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 39,8%-i qadınlardır. Milli Məclisdə qadın millət vəkillərinin sayı da artır. Əgər 1990-cı ildə bütün deputatların 4,3%-ni, 2000-ci ildə 10,7%-ni qadınlar təşkil edirdisə, bu gün parlamentdə qadınların xüsusi çəkisi 16%-ə çatıb. Biz inanırıq ki, növbəti parlament seçkilərində qadınlarımız daha fəal olacaqlar. Eyni zamanda,  bələdiyyə seçkilərində  bələdiyyə üzvü seçilən qadınların sayı artmışdır. Və bu aktivliyin artırılması üçün davamlı olaraq qadınlar arasında maarifləndirici iş aparırıq»- deyə, H.Hüseynova vurğulayıb.