YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nəsimi rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib

Yeni Azərbaycan Pariyası Nəsimi rayon təşkilatında ərazi partiya təşkilatlarının sədrləri ilə növbəti görüş keçirilib.

Tədbirdə rayon təşkilatının sədri Azər Süleymanov Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın uğurlu inkişafından bəhs edib. O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, rəşadətli Azərbaycan ordusunun əzmi, gücü və xalqımızın birliyi sayəsində tarixi torpaqlarımız işğaldan azad olundu. Torpaqlarımızın azad olunması ölkəmizin daha sürətli inkişafı üçün yeni imkanlar yaradır.

A.Süleymanov ərazi partiya təşkilatlarına tövsiyələr verərək onları daha da fəal olmağa, rayon təşkilatının fəaliyyətində yaxından iştirak etməyə çağırıb.