YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Salyanda Vətən müharibəsi şəhidlərinin xatirələri anılıb

Salyanda Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarının anım mərasimləri keçirilib.

Şəhid Arif Rüstəmovun doğum günü münasibətilə yaşadığı evdə baş tutan anım tədbirində YAP Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov bildirib ki, vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən şəhidlərin əziz xatirəsi daim uca tutulur.

Daha sonra məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Sonra Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov, YAP Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov, hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri şəhid Hüseynağa Balıyevin, Vidadi Əhmədovun, Ələkbər Bəndəliyevin və Kənan Həsənovun ildönümü mərasimlərinə qatılıblar.

Tədbir iştirakçıları onların məzarlarını ziyarət edərək xatirələrini ehtiramla yad ediblər.

Daha sonra Salyan rayonunda Çadırlı kəndində Vətən Müharibəsində şəhid olan MAXE Təbriz İbrahimovun doğum günü münasibətilə əziz xatirəsinə tikilən bulağın açılışı olub.

Açılış mərasimində YAP Salyan rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Rəşad Cəbrayılov və partiyanın fəalları, şəhid ailələri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.  

Tədbirdə çıxış edənlər şəhidin keçdiyi döyüş yolundan, Vətən qarşısındakı xidmətlərindən söz açıblar. Şəhidin məzarını ziyarət edərək xatirəsini ehtiramla yad ediblər.

DİGƏR Xəbərlər Arxiv