YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Biləsuvar rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət ediblər

Yeni Azərbaycan Partiyası Biləsuvar rayon təşkilatının əməkdaşları və fəalları İkinci Qarabağ savaşında Vətənimizin müdafiəsi uğrunda canından keçən şəhidlər - Qəniyev Cahid Şaiq oğlunun, Şahmarlı Elvin Malik oğlunun və Talıblı Asif Arif oğlunun ildönümləri ilə əlaqədar ailələrini ziyarət ediblər.

Daha sonra şəhidlərin məzarları ziyarət edilib, dərin ehtiramla yad edilərək üzərlərinə tər gül-çiçək dəstələri düzülüb, ruhlarına dualar oxunub.

Allah rəhmət eləsin!