YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Suraxanı rayon təşkilatının nümayəndələri şəhid övladının doğum gününü təbrik ediblər

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının nümayəndələri Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “İgidliyə görə” medalları ilə təltif olunmuş şəhid baş leytenant Həmidov Mixail Hamlet oğlunun ailəsini ziyarət ediblər. Rayon təşkilatının sədri Vüqar Seyidov təşkilat adından şəhidin 10 yaşı tamam olan oğlu Yüsifi doğum günü münasibətilə təbrik edərək, ona hədiyyələr təqdim ediblər. 

Ailənin qayğıları ilə maraqlanan təşkilat nümayəndələri söhbət zamanı şəhidlərimizin Vətən qarşısında böyük və misilsiz xidmətlərinin olduğunu, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş hər bir övladımızın xatirəsinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulduğunu vurğulamış, şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləyiblər.

Şəhid Mixail Həmidovun ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.