YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ötən ay Ceyhan limanından 2,3 milyon ton neft dünya bazarına çıxarılıb

Fevralda 2 milyon 345 min 24 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb. (Bu həcmin 1 milyon 630 min 350 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Ceyhan limanından ixrac olunmuş neftin həcmi 4 milyon 824 min 320 ton təşkil edib. Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri istismara verilən gündən bu il martın 1-ə qədər Ceyhan limanından 266 milyon 763 min 410 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.