YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycanla münasibətlərin normallaşdırılması üçün Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərinə əməl etməlidir

Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılmasının tərəfdarıdır. Bunun üçün Ermənistan üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə əməl etməlidir. Azərbaycan öz tərəfindən üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Slovakiya Respublikasının xarici və Avropa işləri naziri İvan Korçokla keçirdiyi birgə brifinqdə bildirib.

C.Bayramov vurğulayıb ki, postmünaqişə dövründə Azərbaycan tərəfindən işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində genişmiqyaslı layihələrə start verilib. Bu sahədə vacib istiqamətlərdən olan ərazilərin minalardan təmizlənməsi işində Azərbaycanla Slovakiya arasında əməkdaşlığa başlanılıb. Yaxın vaxtlarda Slovakiyadan Azərbaycana 7 ədəd minatəmizləyən aparat göndəriləcək.

Xarici işlər naziri, həmçinin bildirib ki, işğaldan azad olunmuş ərazilərin bərpası və oraya əhalinin qaytarılması ölkəmiz üçün prioritet məsələdir. Hazırda bu sahədə layihələr həyata keçirilir.