YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Gəncə Şəhidlər Xiyabanında mülki şəhidlərin xatirəsi yad edilib

Gəncə Şəhidlər Xiyabanında erməni silahlı qüvvələrinin şəhəri raket atəşinə tutması nəticəsində həlak olan mülki şəxslərin xatirəsi ehtiramla yad edilib.

Anım tədbirində YAP Gəncə şəhər təşkilatının əməkdaşları, Milli Məclisin deputatı Pərvin Kərimzadə, şəhər ictimaiyyəti və şəhidlərin ailə üzvləri iştirak ediblər.

Qeyd edək ki, 2020-ci ilin oktyabrın 17-də gecə saat 02:00 radələrində düşmən növbəti dəfə cəbhə zonasından xeyli uzaqda yerləşən Gəncə şəhərini “SCUD/Elbrus” əməliyyat-taktiki ballistik raketləri ilə atəşə tutub. Nəticədə azyaşlılar, qadınlar və qocalar da daxil olmaqla 15 nəfər şəhid olub, 50-dən artıq şəxs yaralanıb, mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib. Ümumilikdə isə Gəncə şəhərinin 5 dəfə raket atəşinə məruz qalması nəticəsində 26 nəfər erməni terrorunun qurbanı olub.

DİGƏR Xəbərlər Arxiv