YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Bərdə rayon təşkilatı şəhidlərin xatirəsinə həsr olunan şahmat turniri keçirib

YAP Bərdə rayon təşkilatı “18 Oktyabr – Müstəqilliyin Bərpası Günü” münasibətilə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin xatirəsinə həsr olunan şahmat turniri keçirib.

Əvvəlcə, rayon təşkilatının rəhbərliyi və fəalları turnir iştirakçıları ilə birgə ulu öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət ediblər.

Daha sonra turnirin açılışında iştirak edən rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Fəqət Şadlinskaya ölkəmizin müstəqillik tarixindən, dövlətçilik ənənələrindən söz açıb. O, 44 günlük Vətən müharibəsinin tariximizdə mühüm yer tutduğunu bildirib.

Tədbirdə məktəblilər şəhidlərimiz və qələbə haqqında şeirlər səsləndirib.

Qeyd edək ki, turnir 4 yaş qrupu üzrə şagirdlər arasında keçirilib. Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.