YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Tərlan Rzayevin ailəsi ziyarət olunub

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Ramiz Hüseynov, YAP Sumqayıt şəhər təşkilatnın fəalları və bir qrup gənc Vətən müharibəsində qəhrəmanlıq, şücaət nümayiş etdirən şəhid Tərlan Rövşad oğlu Rzayevin ailəsini ziyarət edib.

Ramiz Hüseynov Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması uğrunda şəhid olanlara Allahdan rəhmət, qazilərimizə şəfa diləyib.

O, şəhid Tərlan Rzayevin ailəsinə belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə ediblər.

DİGƏR Xəbərlər Arxiv