YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Göygöldə Vətən müharibəsi şəhidinin anım tədbiri keçirilib

Göygöl rayonunda Vətən müharibəsi şəhidi Elbrus Nadir oğlu Hüseyinovun həlak olmasının ildönümü ilə bağlı anım tədbiri keçirilib.

Anım mərasimində Göygöl Rayon İcra Hakimiyyətinin başçısı səlahiyyətlərinin müvəqqəti icraçısı, Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən Turani Əliyev, rayon təşkilatının fəalları, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.  

Qeyd edək ki, Elbrus Nadir oğlu Hüseyinov 4 mart 1991-ci ildə  Göygöl rayonunun Çaykənd kəndində anadan olub. 2009-cu ilin oktyabr ayından  2011-ci ilin aprel ayınadək  “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2012-2015-ci illərdə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. 2015-ci ildən digər “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətini davam etdirib.

27 sentyabr 2020-ci ildə Vətən müharibəsi başlayan gündən hərbi əməliyyatlarda iştirak edən Elbrus Hüseyinov 17 oktyabr 2020-ci il tarixdə Cəbrayıl rayonu  istiqamətində gedən döyüşlərdə şəhid olub. Ölkə Prezidentinin Sərəncamı ilə Elbrus Nadir oğlu Hüseyinov ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”  və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.

DİGƏR Xəbərlər Arxiv