YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qaradağ rayonunun Qızıldaş qəsəbəsində şəhid Seymur Sərxoşovun anım mərasimi keçirilib

44 günlük Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu Seymur Sərxoşovun Qızıldaş qəsəbəsindəki Şəhidlər Xiyabanında anım mərasimi keçirilib.

Şəhidin anım mərasimində YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov, Milli Məclisin deputatı Aydın Hüseynov, şəhidin ailə üzvləri, qazilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

 Tədbirdə şəhidin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra şəhid ailələrinin üzvləri çıxış edərək Seymurla bağlı xatirələrini bölüşüb, onun şərəfli döyüş yolundan söz açıblar.  

Çıxış edənlər şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv