YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhidlərin xatirəsinə inşa edilmiş abidə və bulaq komplekslərini açılışı olub

Yeni Azərbaycan Partiyası Sabirabad rayon təşkilatının rəhbərliyi, fəalları, həmçinin şəhid ailələri, qazilər və digər məsul şəxslər İkinci Qarabağ müharibəsində qəhrəmancasına şəhid olmuş Surra kəndinin oğulları Mayılov Bəxtiyar İxtiyar oğlunun və Əsgərov Firavan Xanbala oğlunun  xatirəsinin əbədiləşdirilməsi üçün salınan abidə və bulaq kompleklərinin açılışında iştirak ediblər.

Açılışda Azərbaycan Respublikasının Dövlət Himni səslənib, şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Eyni zamanda, şəhidlərimizin​ ​ həyat yolundan, döyüş şücaətlərindən danışılıb.

Tədbirdə çıxış edən şəhid ailələrinin üzvləri onlara göstərilən diqqət və qayğıdan razılıqlarını bildiriblər. Onlar Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını və təşəkkürlərini ifadə ediblər.