YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Azərbaycanla Xorvatiya arasında ticarət sahəsində rəqəmlər kfayət qədər böyükdür

Ölkələrimiz arasında iqtisadi əlaqələr xüsusi yer tutur. Xorvatiyadan aparıcı şirkətlərin nümayəndələri Bakıda keçirilən biznes forumda iştirak edəcəklər. İki ölkə arasında ticarət baxımdan rəqəmlər kifayər qədər böyükdür.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.

Nazir deyib ki, Xorvatiya ticarət baxımından Azərbaycanla ən geniş əməkdaşlıq edən 10 ölkə sırasında yer alır. Qarşılıqlı şəkildə həyata keçirilən ali və yüksək səviyyəli səfərlər əlaqələrmizi möhkəmləndirir. Münasibətlərimizin inkişafında parlamentlərarası əlaqələr də mühüm əhəmiyyətə malikdir.