YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ceyhun Bayramov: Xorvatiya şirkətləri işğaldan azad edilmiş ərazilərdə reallaşdırılan layihələrdə iştirakda maraqlıdır

Bu gün keçirilən görüşümüzdə Azərbaycanla Xorvatiya arasında enerji, turizm sahələrində mövcud olan potensial, işğaldan azad edilmiş ərazidə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərinin iştirakı barədə fikir mübadiləsi apardıq. Onlar bu prosesdə maraqlıdırlar.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.

Nazir bildirib ki, Azərbaycanla Xorvatiya arasında hazırda qüvvədə olan 25 saziş, protokol var, 7 sənəd isə baxılmaqdadır.

Ölkəmizdə 20 xorvat şirkətinin fəaliyyət göstərdiyini deyən Ceyhun Bayramov əlavə edib ki, turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasında sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb.

Xarici işlər naziri, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.