YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Qordan Grliç Radman: Azərbaycanla Xorvatiya arasında münasibətlər çox yaxşı və sabitdir

Mənim üçün burada olmaq böyük şərəfdir. Bizim müxtəlif sahələrdə çox gözəl əməkdaşlığımız var. Azərbaycan və Xorvatiya dost ölkələrdir. Azərbaycanla Xorvatiya arasında münasibətlər çox yaxşı və sabitdir.

Bunu Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radman Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

Xorvat nazir bildirib ki, Azərbaycanda iqtisadi sahədə çox böyük potensial var. Ümid edirəm ki, Xorvatiya şirkətləri burada fəal olacaqlar. “Azərbaycanla minatəmizləmə prosesində çox gözəl əməkdaşlığımız var. Texnologiya, gəmiqayırma, ərzaq, turizm, müdafiə sahələrində də əməkdaşlığımız olacaq. Çünki bizim bu sahələrdə yaxşı təcrübəmiz var. Azərbaycanlı investorların bizim ölkədə fəal olacağına ümid edirik”, - deyə xorvatiyalı nazir əlavə edib.

DİGƏR Xəbərlər Arxiv