YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nazir: Azərbaycan və Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb

Azərbaycan və Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq başlayıb.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla görüşdən sonra keçirilən birgə brifinqdə bildirib.

Nazir qeyd edib ki, müvafiq minatəmizləmə avadanlıqları sifariş edilib və onlar Xorvatiyadan Azərbaycana gətirilir.

Hazırda Bakıda Azərbaycan-Xorvatiya biznes forumunun keçirildiyini bildirən nazir deyib ki, ölkələrimiz arasında ticarət sahəsində də geniş əməkdaşlıq üçün böyük potensial var.