YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Meksika Milli Tarix və Coğrafiya Akademiyasında müstəqilliyimizin bərpasının 30 illiyinə həsr edilmiş təqdimat olub

Müstəqilliyin Bərpası Günü münasibətilə Meksika Milli Tarix və Coğrafiya Akademiyasında “Azərbaycan müstəqilliyinin 30 ili – çətinliklərdən uğura doğru” adlı təqdimat təşkil olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib ki, bu ölkənin nüfuzlu elmi dairələrinin, tarix, coğrafiya və digər sosial elmlər üzrə professor və akademiklərinin, habelə Konqres üzvləri və KİV nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə həmin ölkədəki səfirimiz Məmməd Talıbov qonaqlara ölkəmizin müstəqillik ənənələri, Azərbaycan Xalq Cümhuriyyətinin qurulması və fəaliyyəti, dövlət müstəqilliyinin bərpa edilməsi və ilk illərdə qarşıya çıxan çətinliklər, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin güclənməsindəki müstəsna rolu, ölkəmizin neft-qaz strategiyası, iştirakçısı olduğu beynəlxalq enerji və infrastruktur layihələri, iqtisadi inkişaf göstəriciləri, əlverişli biznes və turizm imkanları, incəsənəti, milli mətbəxi və çoxmədəniyyətlilik ənənələri haqda məlumat verib.

Sonra erməni təcavüzünün tarixi, 44 günlük müharibə və nəticələri, azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına Ermənistan tərəfindən yaradılmış maneələr, bu xüsusda işğaldan azad edilmiş ərazilərdə aparılmış kütləvi minalama və dağıntılar, bu ərazilərin bərpası istiqamətində Azərbaycan tərəfindən görülən işlər, eləcə də ölkəmizin xarici siyasət prioritetləri, nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsindəki fəaliyyəti, Meksika və ümumilikdə Latın Amerikası regionu ölkələri ilə ikitərəfli əlaqələrindən bəhs edilib.

Auditoriyadan ünvanlanan sualların cavablandırılmasından sonra iştirakçılara meksikalı rəqs qrupunun ifasında Azərbaycan milli rəqs nömrələri nümayiş etdirilib və zəngin milli mətbəximizin nümunələrindən ibarət ziyafət təqdim olunub.

 

DİGƏR Xəbərlər Arxiv