YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kolumbiyalı hərbi qulluqçular işğaldan azad edilmiş ərazilərimizdə müşahidə olunan erməni vandalizmi barədə məlumatlandırılıblar

Kolumbiya Müdafiə Nazirliyinin nəzdində fəaliyyət göstərən Hərbçilərin Reabilitasiya Mərkəzində müstəqilliyimizin bərpasının 30 illiyi münasibətilə mühazirə təşkil olunub.

Azərbaycanın Meksikadakı Səfirliyindən bildirilib ki, mühazirədə kolumbiyalı hərbi qulluqçulara ölkəmizin tarixi, mədəniyyəti, dövlət quruculuğu sahəsində son 30 ildə əldə etdiyi nailiyyətlər, erməni təcavüzü və 44 günlük müharibənin yekunları haqda məlumat verilib.

Bundan sonra işğaldan azad olunmuş ərazilərimizdə müşahidə olunan erməni vandalizmi, burada törədilmiş irimiqyaslı dağıntılar və aparılmış kütləvi minalama haqda danışılıb və bölgədə tərəfimizdən görülən minatəmizləmə və yenidənqurma işlərindən bəhs edilib.

Sonda iştirakçılara Azərbaycanın son 30 il ərzindəki fəaliyyətini təsvir edən video və foto materiallar nümayiş etdirilib, habelə ölkəmizin Kolumbiya ilə ikitərəfli əlaqələrinin inkişaf tarixi və gələcək perspektivləri haqda məlumat verilib.