YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarının hesabat-seçki yığıncaqları davam edir

YAP Xətai rayon təşkilatı Zakir Yusifov küçəsi 18 və 1 saylı Nəqliyyat ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yığıncaqlardakı çıxışında Azərbaycanın uğurlarından geniş bəhs edərək bildirib ki, insan amili dövlət siyasətimizin əsasını təşkil edir: «Hər addımda özünə diqqət və qayğının şahidi olan ölkə vətəndaşlarının ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevə milyonların sevgisi şəksizdir. 44 günlük İkinci Qarabağ müharibəsi bu birliyi, həmrəyliyi bir daha nümayiş etdirdi. Xalqımız müharibənin ilk günündən dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək ordumuzun gücü, qüdrəti sayəsində tariximizə Zəfər səhifəsini yazdı. Xalq-iqtidar birliyi əbədidir, sarsılmazdır.»

«Ölkənin ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizin müstəqillik tarixinin mühüm səhifəsidir» söyləyən V.Rəhimzadə qeyd edib ki, YAP yarandığı gündən dövlətə, xalqa xidməti fəaliyyətinin əsas istiqaməti kimi qəbul edib: «Azərbaycan dövlətçiliyinin qorunması, möhkəmləndirilməsi partiyanın əsas fəaliyyət istiqamətidir. Yeni Azərbaycan Partiyası ölkəmizin keçdiyi inişaf yolunun bələdçisi, uğurlarının təminatçısıdır. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir. YAP Zəfərimizin yaratdığı yeni reallıqlar fonunda keçirdiyi VII qurultayında qəbul etdiyi qərarlarla qarşıdakı dövrün prioritetlərini açıqladı. Bu vəzifələr partiyanın hər bir üzvündən daha səylə çalışmağa tələb edir. Bugünədək qazanılan uğurlar perspektivlər barədə aydın mənzərə yaradır.»

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Zakir Yusifov küçəsi 18 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri Elnarə Zeynalova, sədr müavini Fərqanə Rəfiyeva, 1 saylı Nəqliyyat ərazi partiya təşkilatının sədri Elşən Məmmədov, sədr müavini isə Kamil Kərimov seçiliblər.

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar diləyib.