YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağdaş rayonunda şəhidin ildönümü qeyd olundu

44 günlük Vətən müharibəsində şəhid olmuş Həsənov Rəvan Rövşən oğlunun ildönümü mərasimi doğulub-böyüdüyü və ailəsinin yaşadığı Ağdaş rayonunun İkinci Aral kəndində keçirilmişdir.

 Mərasimdə  Yeni Azərbayan Pariyası İdarə Heyətinin üzvü, YAP Ağdaş rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən, millət vəkili Cavid Osmanov və partiya fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak etmişlər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılmış,  ruhuna dualar oxunmuş, döyüş yolu barədə söhbət açılmış, valideyinlərinə başsağlığı verilmişdir.

Qeyd edək ki, Həsənov Rəvan Rövşən oğlu  25 iyun 2001-ci ildə Ağdaş rayonunun İkinci Aral kəndində  anadan olmuşdur. Vətən müharibəsi başlananda həqiqi hərbi xidmətdə olan Rəvan Həsənov Azərbaycan Ordusunun əsgəri kimi Füzuli-Cəbrayıl istiqamətində gedən hərbi əməliyyatlarda  iştirak etmiş və şəhid olmuşdur. O, oktyabrın 23-də doğulduğu kənddə dəfn olunmuşdur. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”  və  “Füzulinin azad olunmasına görə”  medalları ilə təltif olunmuşdur.