YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Anar Əmirovun ildönümü mərasimi keçirilib

Sabirabad rayon Şəhriyar köçkün qəsəbəsində Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhadətə ucalan Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndindən olan Əmirov Anar Allahverdi oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov, YAP Cəbrayıl rayon təşkilatının nümayəndələri, Milli Məclisin deputatı Ceyhun Məmmədov, qazilər, şəhid valideynləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə şəhidin məzarı ziyarət edilərək ruhuna dualar oxunub. Daha sonra şəhidin ailəsi ilə görüşən tədbir iştirakçıları onların qayğı və problemləri ilə maraqlanıblar.

Qeyd olunub ki, Anarın timsalında Vətən müharibəsində canından keçən bütün şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək.

Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.

DİGƏR Xəbərlər Arxiv