YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şəhid Tural Əhmədovun ildönümü mərasimi keçirilib

Qusar rayonun Mucuq kəndində Vətən müharibəsi şəhidi Əhmədov Tural İzətulla oğlunun ildönümü mərasimi keçirilib.

Anım tədbirində YAP Qusar rayon təşkilatının rəhbərliyi, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Badamov, Qusar Rayon İcra Hakimiyyətinin əməkdaşları, Vətən müharibəsi qaziləri və kənd ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhuna dualar oxuyublar.

Daha sonra şəhidin ailəsi ilə görüşən A.Badamov onların problemləri ilə maraqlanıb, şəhid ailələrinin və qazilərin hər zaman dövlət qayğısı ilə əhatə olunacaqlarını bildirib. Ailə üzvləri göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, şəhid Tural Əhmədov müharibədə göstərdiyi fədakarlığa görə ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medallarına layiq görülüb.