YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vətən Müharibəsi Qəhrəmanı Ramiz Qasımovun ildönümü mərasimi keçirilib

Xəzər rayonunda Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması, bərpası və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Vətən Müharibəsi Qəhrəmanı Qasımov Ramiz Vaqif oğlunun ildönümü mərasimi keçirilib.

Vətən Müharibəsi Qəhrəmanının məzarı önündə keçirilən tədbirə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Soltan Məmmədov, qazilər, rayon ictimaiyyətinin nümayəndələri və din xadimləri qatılıblar.

Tədbir iştirakçıları şəhidin əziz xatirəsini ehtiramla yad edərək məzarı üzərinə gül dəstələri düzüblər.

Sonra şəhidin keçdiyi şərəfli ömür yolundan danışılıb, döyüşlərdə göstərdiyi qəhrəmanlıq və şücaətdən söz açılıb.

Şəhidin ailə üzvləri və yaxınları göstərilən diqqət və qayğıya görə Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.