YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Gənclər Birliyi “ZƏFƏR” Parlament Debatı Forumu keçirəcək

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəmizə həsr olunan “ZƏFƏR” Parlament Debatı Forumu keçiriləcək.

Forum çərçivəsində 100-dək gənc Qarabağa həsr olunan mövzu ətrafında debat yarışlarında iştirak etmək şansı əldə edəcək. Bütün iştirakçılar turnirdən öncə Parlament Debat formatına uyğun olaraq xüsusi təlim prosesinə cəlb olunacaq.

Qeyd edək ki, layihə "Vətəndaş Cəmiyyətində Debat" İctimai Birliyinin tərəfdaşlığı ilə həyata keçirilir.

8 Noyabr Zəfərimizə həsr olunan Parlament Debatı Forumunun iştirakçısı olmaq üçün fərdi qaydada və ya komanda şəklində (komanda 2 nəfərdən ibarət olmalıdır) qeydiyyatdan keçə bilərsiniz.

Xatırladaq ki, 26 oktyabr 2021-ci il, saat 12:00 müraciət üçün son tarixdir.

“ZƏFƏR” Parlament Debatı Forumuna qeydiyyat üçün keçid:

https://forms.gle/cnn8GKkqDrDN599CA

Layihə ilə əlaqədar suallar gencler_birliyi@yap.az email ünvanına göndərilə bilər.