YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xəzər rayon təşkilatı hesabat-seçki yığıncaqlarını davam etdirir

YAP Xəzər rayon təşkilatı Qala qəsəbəsi Qala hərbi şəhərciyi, Şağan qəsəbəsi Nüsrət Məmmədov 1A, Türkan qəsəbəsi  Dənizkənarı 1, Mərdəkan qəsəbəsi Məşədi Əzizbəyov 15, Şüvəlan qəsəbəsi Almas İldırım 43A , Mərdəkan qəsəbəsi Baba Əliyev 70, Buzovna qəsbəsi Heydər Eyvazov 29, Mərdəkan qəsəbəsi Əzizbəyov 84 ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib.

Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında hesabat dövrü ərzində görülən işlər dəyərləndirilib. Ərazi partiya təşkilatının sədrləri hesabat məruzəsi ilə çıxış edərək təşkilatın VII qurultayından sonrakı dövr ərzində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

Mərdəkan qəsəbəsi Baba Əliyev 70 ərazi partiya təşkilatında keçirilən hesabat-seçki yığıncağında çıxış edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov bildirib ki, hazırda Azərbaycan müstəqillik tariximizin ən parlaq səhifəsi olan Zəfər Gününün birinci ildönümü ərəfəsindədir. Son 18 ildə Ulu Öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu. Hazırda ölkəmiz postmünaqişə dövrünün reallıqlarını yaşayır. 30 ildən sonra düşmən tapdağından azad olunan torpaqlarımıza yeni nəfəs gəlir. Atılan addımlar, həyata keçirilən layihələr Azərbaycanın malik olduğu iqtisadi imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Daim qəbul etdiyi qərarları, irəli sürdüyü təşəbbüsləri ilə ictimaiyyətin böyük rəğbətini qazanan, milyonların partiyasına çevrilən, ən əsası sözü ilə əməlinin birliyini atdığı hər addımında təsdiqləyən Yeni Azərbaycan Partiyası hədəflərə nail olmaq üçün səylərini artırır, uğurlarımıza töfhələr verməyə çalışır. Yeni Azərbaycan Partiyasının digər şəhər və rayon təşkilatları kimi, Xəzər rayon təşkilatı da üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirmək üçün səylərini durmadan artırır.

Hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb. Nəcəfquliyev Əfsaləddin Qala qəsəbəsi Qala hərbi şəhərciyi ərazi partiya təşkilatının sədri, Əmirova Təranə sədr müavini, Əbdülov Fazil Şağan qəsəbəsi Nüsrət Məmmədov 1A ərazi partiya təşkilatının sədri, Qədəşova Müşkünaz sədr müavini,  Hacıyev Fərzəli Türkan qəsəbəsi  Dənizkənarı 1 ərazi partiya təşkilatının sədri, Ağayev Emil sədr müavini, Sevinc Mustafayeva Mərdəkan qəsəbəsi Məşədi Əzizbəyov 15 ərazi partiya təşkilatının sədri, Gülnarə Əzimova sədr müavini, İsmayılov Habil Buzovna qəsəbəsi Heydər Eyvazov 29 ərazi partiya təşkilatının sədri, Əliyeva Günay sədr müavini, Babayeva Zülfiyyə Şüvəlan qəsəbəsi Almas İldırım 43A ərazi partiya təşkilatının sədri, İsmayılova Günəş sədr müavini, Muqbilov İlqar Mərdəkan qəsəbəsi Baba Əliyev 70 ərazi partiya təşkilatının sədri, Məmmədov Elçin sədr müavini, Sadıxova Təranə Mərdəkan qəsəbəsi Əzizbəyov 84 ərazi partiya təşkilatının sədri, Qəhrəmanlı Murad  sədr müavini seçiliblər.

Hesabat-seçki yığıncaqlarında iştirak edən YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, aparat əməkdaşları yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb, iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb. Yığıncaqlarda VII qurultayda YAP rəhbərliyi tərəfindən qarşıya qoyulan vəzifələr, öhdəliklər, yeni sturuktur və yeni fəaliyyət haqda partiya fəallarına məlumat verilib.

 

 

DİGƏR Xəbərlər Arxiv