YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Politoloq: Azərbaycan AŞPA müstəvisində Ermənistanın işğalçı siyasəti və onun nəticələri ilə bağlı çox ciddi işlər görür

«Azərbaycan dövləti AŞPA müstəvisində Ermənistanın işğalçı siyasəti və onun nəticələri ilə bağlı çox ciddi işlər görür». Bu fikri YAP-ın Beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, görülən işlərin çox müsbət nəticələri artıq ortaya çıxmaqdadır. Onun sözlərinə görə, bunun əsas nəticələrindən biri bu məsələlərlə bağlı məruzəçinin təyin olunmasıdır.

«AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin işğal faktı və onun nəticələri ilə əlaqədar araşdırması hesab edirəm ki, AŞPA səviyyəsində daha ciddi və daha arqumentli müzakirələrin keçirilməsinə imkan yaradacaq. Onu da xatırlamaq lazımdır ki, ATƏT-in bu məsələ ilə bağlı  missiyası iki dəfə regionda olub və Ermənistanın işğalçılıq siyasətinin nəticələri ilə bağlı kifayət qədər faktlar toplayıb. Amma Ermənistan tərəfi bu faktların heç birinə məhəl qoymadan öz işğalçı siyasətini davam etdirir. Ona görə də, Azərbaycan tərəfi müxtəlif müstəvilərdə öz təbliğat işini aparmaqdadır. Məqsəd isə işğalçının cəzalandırılmasına nail olmaqdır. AŞPA-nın Dağlıq Qarabağ üzrə məruzəçisi Robert Valterin  regiona səfəri də münbit şərait yarada bilər. Bu səfər bir daha Azərbaycan tərəfinin məsələ ilə bağlı ciddi cəhdlə fəaliyyət göstərdiyini sübut edir»- deyə, politoloq qeyd edib.

 

DİGƏR Xəbərlər Arxiv