YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Babək Məmmədzadə: 1915-ci il hadisələrinə əcnəbi yazarların baxışı birmənalı deyil

«1915-ci il hadisələrinə əcnəbi yazarların baxışı birmənalı deyil. Lobbiçilik fəaliyyətinin təsiri altına düşməyən bir çox əcnəbi araşdırmaçılar uzun müddət Avropa arxivlərində apardıqları araşdırmanın nəticəsi olaraq ermənilərin 1915-ci il hadisələrinə olan baxışını tamamilə alt-üst edir. "Ermənistan: Terrorist “Xristian” Ölkənin Gizlinləri" kitabı arxiv sənədlərinə əsaslanan qərbli yazar tərəfindən yazılan əsaslı araşdırma işidir. Şotland əsilli Amerikalı yazar Samuel Weems bu kitabın 2002-ci ildə ərsəyə gəlməsi üçün Paris, London, Roma, Moskva və İstanbul arxivlərində uzun müddət araşdırma aparmış və 5 cilddən ibarət olacaq kitabın ilk nəşri 2002-ci ildə işıq üzü görmüşdür». Bu fikirləri yap.org.az saytına YAP Yasamal rayon təşkilatı Gənclər Birliyi İdarə Heyətinin üzvü Babək Məmmədzadə deyib.

B.Məmmədzadə bildirib ki, bu kitabın nəşri ilə əlaqədar ermənilər müəllifə mütəmadi olaraq hədə-qorxu gəlmiş (kitabda ona ünvanlanan təhdid məktublarının bəziləri nəşr olunub) və fiziki hücuma məruz qalmışdır. 2003-ci ildə isə bu günə qədər müəmmalı ölümü ilə yaddaşlarda qalmışdır. Onun sözlərinə görə, 382 səhifəlik kitab ilk öncə ermənilərin hazırda yaşadıqları ərazinin tarixi Azərbaycan torpağı olduğunu göstərir. Bu mənada yazar ermənilərin bu ərazilərə köçürüldüyünü aydın şəkildə qeyd edir. Bundan əlavə, müəllif ermənilərin keçən əsrdən etibarən türk xalqına qarşı terror işlətdiyini və öz mənfur məqsədlərinə çatmaq üçün hətta yeni tarixdə Xocalı kimi qətliamı törətdiklərini yazır.

«Arxiv sənədlərinə əsaslanan kitabda yazar Amerikada yaşayan ermənilərin «genosid» iddiası ilə Amerikalıların maddi və mənəvi dəstəyini almaq üçün müxtəlif variantlara əl atdıqlarını faktlarla sübut edir. Müəllif vurğulayır ki, müsəlmanların Amerikaya həqarətinin arxasında Amerika xarici siyasətinin ikili standartı və haqsızlığı durur. Bu mənada Azərbaycanın hücuma məruz qaldığı halda ABŞ-ın ermənilərə xarici yardım göstərməsi və Azərbaycana ədalətsiz olaraq bu yardımın göstərilməməsi toplumda nifrət hissi yaradır. Yazar kitabın ayrıca fəslini Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsinə həsr edir və azərbaycanlıların erməni terrorundan və işğalçı siyasətindən tarix boyu əziyyət çəkdiyini vurğulayır. Yazarın qeydinə əsasən kiçik Ermənistan dövlətinin əsas ixracı terrorizm, əsas idxalı isə xristian ölkələrindən xarici yardım təşkil edir. Müəllif qeyd edir ki, ermənilərin 1915-ci il iddiası tamamilə əsassızdır. Çünki, 1919-cu il Paris Konfransından öncə bu məsələ amerikalıların da iştirak etdiyi xüsusi komissiya tərəfindən araşdırılmış və ermənilərin iddiasının hər hansı əsasının olmaması ilə yekunlaşmışdır. Bu baxımdan, yazar bu məsələyə hələ 1919-cu ildə hüquqi qiymət verildiyini və erməni iddiasının hər hansı əsasının olmadığını bildirir»- deyə, B.Məmmədzadə qeyd edib.

Onun sözlərinə görə, bu məzmunda digər önəmli araşdırmaçı Avstriyalı Erich Feigl “Erməni Mifomaniyası” kitabında hadisələrə tarixi baxımdan nəzər yetirir və kitabının ilk səhifəsində dostlarının və tanışlarının ona bu mövzuda araşdırma aparmasının həyatına təhlükəli olduğunu açıq şəkildə göstərir: «Təsadüfi deyil ki, kitab nəşrə hazırlanan zaman yazar həyatını itirir. Bundan daha öncə müəllif erməni terror qrupu tərəfindən 1984-cü ildə Vyanada qətlə yetirilən Türkiyə səfirliyinin attaşesi Erdoğan Özenə 1986-ci ildə qələmə aldığı “Terror Həqiqətləri: Erməni terrorizminin mənbəyi və səbəbləri” kitabını ithaf edərək erməni terrorunun dəhşətlərini təfsilatı ilə qələmə almışdır».

DİGƏR Xəbərlər Arxiv