YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Gənclər Birliyinin nümayəndə heyəti ilə Xarkov şəhər meriyasının rəhbərliyi görüşüb

Ukraynaya səfər çərçivəsində Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndə heyəti ilə Xarkov Dövlət Vilayət Administrasiyasının rəhbərliyi arasında görüş keçirilib.

YAP Gənclər Birliyinin nümayəndə heyətini salamlayan Xarkov Vilayət Şurasının sədr müavini Valeriya Murayeva bu səfərin iki ölkə gəncləri arasında münasibətlərin dərinləşməsinə töhfə verəcəyini bildirib. O, Xarkov şəhər meriyasının azərbaycanlı və ukraynalı gənclərin birgə təşəbbüslərini, layihələrini hər zaman dəstəkləyəcəyini deyib.

Xarkov Vilayət Dövlət Administrasiyasının sədr müavini Yevgeni Gritskov əhalisinin böyük əksəriyyətinin gənclərdən ibarət olan Xarkov vilayətində gənclərin inkişafını hədəfləyən müxtəlif layihələrin və proqramların icra edildiyini qeyd edib. O bu istiqamətdə birgə əməkdaşlığın perspektivləri haqqında fikirlərini bölüşüb.

Göstərilən qonaqpərvərliyə görə Xarkov şəhər meriyasının rəhbərliyinə təşəkkürünü bildirən YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi qələbədən danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi ədalətin bərpa olunaraq ərazi bütövlüyümüzün təmin olunduğunu diqqətə çatdırıb.

YAP Gənclər Birliyinin ukraynalı gənclərlə əməkdaşlıqda maraqlı olduğunu söyləyən B.İslamov səfər çərçivəsində keçirilən görüşlərin və aparılan müzakirələrin bu istiqamətdə önəmini vurğulayıb.

Sonda qarşılıqlı hədiyyələr təqdim olunub və birgə xatirə şəkli çəkdirilib.