YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bişkekdə Azərbaycan musiqisi bayramı keçiriləcək

Azərbaycanın Qırğızıstandakı səfirliyi “Roza Otunbayeva Təşəbbüsü” Fondu ilə birgə martın 17-də Bişkek şəhərindəki Kalıy Moldobasanov adına Milli Konservatoriyada “Musiqi xalqın ürəyidir” adlı Azərbaycan musiqisi bayramı keçirəcək.
Tədbirdə Qırğızıstan Prezidenti Aparatının yüksək vəzifəli təmsilçiləri, hökumətin üzvləri, Jokorku Keneşin deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, jurnalistlər iştirak edəcəklər.
Azərbaycanın və Qırğızıstanın tanınmış müğənnilərinin, Bişkekdəki Opera və Balet Teatrının solistlərinin iştirak edəcəkləri tədbirdə dahi bəstəkar Üzeyir Hacıbəylinin “Arşin mal alan” operettasından duetlər ifa olunacaq. Bişkekdəki “Azəri” Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən mahnı və rəqs ansamblları, Qırğız-Türk “Manas” Universitetinin Türk dünyası orkestri mahnı və rəqslərimizi ifa edəcək.
Tədbirdə, həmçinin Novruz bayramı haqqında məlumat veriləcək, Azərbaycanda bu bayramın qeyd olunması ilə bağlı səhnəciklər göstəriləcək, video materiallar nümayiş etdiriləcək.
Bayram tədbiri İctimai Televiziya və Radio Verilişləri Korporasiyası (KTRK) tərəfindən birbaşa yayımlanacaq.