YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyev martın 11-də Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama əsasən, Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının yaradılmasının 23-cü ildönümü ilə əlaqədar olaraq, dövlətin ərazi bütövlüyünün təmin olunmasında iştirak etdiklərinə, döyüş zamanı igidlik göstərdiklərinə, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə 2 nəfər “Vətən uğrunda” medalı, bir nəfər ölümündən sonra “İgidliyə görə” medalı, 22 nəfər isə “Hərbi xidmətlərə görə” medalı ilə təltif ediliblər.
Prezidentin digər Sərəncamı ilə Azərbaycanda musiqi sənətinin inkişafındakı xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında uzun müddət səmərəli fəaliyyət göstərdiyinə görə kapitan Cahangir Qurbanov “Əməkdar artist” fəxri adına layiq görülüb.