YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Partiya xəbərləri

YAP Mərkəzi Aparatında “Qarabağ zəfəri: milli birlik və dini həmrəylik” mövzusunda görüş keçirilib

Noyabrın 5-də Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatında YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının partiyanın Gənclər Birliyinin üzvləri ilə “Qarabağ zəfəri: milli birlik və dini həmrəylik” mövzusunda görüşü keçirilib.

Görüşdən əvvəl torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov tədbirdə giriş sözü ilə çıxış edərək mövzu ilə bağlı fikirlərini açıqlayıb. B.İslamov bildirib ki, 44 günlük Vətən müharibəsi ilə 30 illik işğala son qoyuldu, ərazi bütövlüymüz təmin edildi. Artıq böyük qürur hissi ilə torpaqlarımızın işğaldan azad olunduğu tarixləri bayram əhval-ruhiyyəsi ilə qeyd edirik.  

YAP İdarə Heyətinin üzvü, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi tarixi hadisədir: “Bu Qələbənin müəllifi ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir. Dövlət  başçısı son 18 ildə ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Qələbəyə yol açdı. Azərabaycanın iqtisadi, siyasi, diplomatik, xarici siyasət sahəsində qazandığı uğurlar 30 illik işğala  44 gündə son qoymağa əsas yaratdı. Vətən müharibəsində Qələbəmizi şərtləndirən əsas amillərdən biri də milli birlik, Xalq-Prezident-Ordu birliyi, həmrəyliyidir.”

 “Müharibələrdə iki cəbhə  müəyyən edilir” söyləyən M.Qurbanlı qeyd edib ki,  bu cəbhələr bir-birini tamamlayanda Qələbə qaçılmaz olur: “Azərbaycan Ordusu ön cəbhədə qəhrəmanlığı, şücaəti ilə dünyanın ən güclü ordusu olduğunu nümayiş etdirdi. Ermənistan silahlı qüvvələri Azərbaycan ordusunun gücü, qüdrəti qarşısında geri çəkilərək diz çökdü. Silahlı Qüvvələrimiz kifayət qədər müasir silahlarla təmin edilmiş, ölkəmizin müharibə taktikası, döyüş əməliyyatları təkmil idi. Rəşadətli Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı.”

YAP İdarə Heyətinin üzvü vurğulayıb ki, müharibənin digər cəbhəsi diplomatik müstəvidir: “44 günlük Vətən müharibəsində diplomatik cəbhədə səylər davam etdirildi, informasiya cəbhəsində uğurlu addımlar atıldı. Dövlət başçısı İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyanın müsahibələrinə diqqət yetirdikdə böyük fərq diqqəti özünə çəkirdi. İşğalçı Ermənistan  hər zaman fakt qarşısnda aciz qalıb. Bir məqamı xüsusi qeyd etməliyik ki, Azərbaycan dövlətinin uğurlu siyasəti nəticəsində BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd - şərtsiz çıxarılması  öz əksini tapmışdı. Ümumilikdə, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcud idi. Məhz bu amil Azərbaycanın döyüş meydanında qalibiyyətində əsas rol oynadı.”

YAP İdarə Heyətinin üzvü daha sonra vurğulayıb ki,  8 Noyabr Zəfər Günü nəinki, Azərbaycanda, ümumilikdə azərbaycanlıların yaşadığı bütün ölkələrdə bayram kimi qeyd edilir. Zəfərimiz 30 illik işğal dövrünün reallıqlarının təqdimatında, qarşıdakı dövrün prioritetlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. Hazırda işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdışa hazırlıq görülür.

Diskussiya şəklində davam edən görüşdə gəncləri maraqlandıran suallar cavablandırılıb.