YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: Azərbaycan ilə Pakistanı strateji tərəfdaşlıq münasibətləri birləşdirir

“Azərbaycan ilə Pakistanı tarixi və mədəni köklərə əsaslanan möhkəm dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq münasibətləri birləşdirir. Ölkələrimiz bir çox sahələrdə əməkdaşlıq edir və əminəm ki, Azərbaycana etdiyiniz səfər bu əlaqələrimizin gələcək inkişafında mühüm rol oynayacaq.” Bu fikirləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva martın 11-də Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn tərəfindən ona Pakistanın ali dövlət mükafatı - “Hilal-e-Pakistan” ordeninin təqdim edilməsi mərasimində  çıxışı zamanı söyləyib.  

Heydər Əliyev Fondu xalqlarımızın iradəsini ifadə edən dostluq münasibətlərimizin, ölkələrimiz arasındakı mövcud humanitar əlaqələrin daha da genişləndirilməsi istiqamətində ardıcıl səylər göstərdiyini qeyd edən Mehriban Əliyeva bildirmişdir ki,  bir sıra mühüm layihələr və xeyriyyə proqramları Pakistanın müxtəlif yerlərində icra olunur: “Çox fərəhlənirik ki, birinci layihəmiz – Müzəffərabadda 2005-ci ilin oktyabrında güclü zəlzələ nəticəsində dağılmış qızlar məktəbinin tikintisi çox uğurlu olmuş və gələcək əməkdaşlığımız üçün yaxşı əsas yaratmışdır.
Fond təhsil, səhiyyə və sosial sahələrdə layihələr həyata keçirir. Pakistanın müxtəlif yerlərində bütün layihələrin icrası zamanı biz yerli əhalidən güclü dəstək aldıq və beləliklə, ikitərəfli münasibətlərimizin ayrılmaz hissəsi olan insanlar arasında təmasların geniş formatını qurduq.”