YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

ABŞ-ın birinci xanımı Mişel Obamanın təşəbbüsü ilə Ağ evdə Novruz bayramına həsr olunmuş tədbir keçirilib

ABŞ-ın birinci xanımı Mişel Obamanın təşəbbüsü ilə Ağ evdə Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Novruz bayramını qeyd edən etnik icmaların və ölkələrin nümayəndələri iştirak ediblər.
ABŞ Prezidentinin xanımı qonaqlar qarşısında çıxış edərək bildirib ki, üç min ildir, Yaxın Şərqdə və Asiyada, habelə bütün dünyada, o cümlədən Birləşmiş Ştatlarda icmalar baharda “torpağın oyanmasını” bayram edir, yeni ildə insanlara sağlam həyat və firavanlıq arzulayırlar. Mişel Obama deyib: “Düşünürəm ki, bahar bayramının burada, Ağ evdə qeyd edilməsi xüsusi məna daşıyır, axı Ağ ev həqiqətən Xalqların evidir - müxtəlif mədəniyyətləri və ənənələri əks etdirən bir evdir. Novruz belə bayramlardan biridir”.
Mişel Obamanın çıxışından sonra “Silk Road Dance Company” rəqs qrupu çıxış edib. Qrup bir neçə rəqs, o cümlədən “Nəlbəki” Azərbaycan rəqsini ifa edib.