YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Ordusunun mövqeləri 65 dəfə atəşə tutulub

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 65 dəfə pozub.
Ermənistanın Berd rayonunun Çinari, Mosesqex kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Ordusunun Tovuz rayonunun Koxanəbi, Ağdam və Muncuqlu kəndlərində yerləşən mövqeləri atəşə tutulub.
Azərbaycan Respublikasının Goranboy rayonunun Tap Qaraqoyunlu, Tərtər rayonunun Çaylı, Çiləbürt, Göyarx, Ağdam rayonunun Şuraabad, Cəvahirli, Novruzlu, Kəngərli, Sarıcalı, Şıxlar, Qaraqaşlı, Yusifcanlı, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Aşağı Veysəlli, Aşağı Seyidəhmədli, Qorqan, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb.
Düşmən cavab atəşi ilə susdurulub.