YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2014-cü ildə aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri açıqlanıb

Maliyyə Nazirliyi Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2014-cü ildə aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələrini açıqlayıb.
Maliyyə Nazirliyindən daxil olmuş məlumatda deyilir ki, iş planına uyğun olaraq dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda yerli gəlir və xərclərin tərtibi və icrası üzrə işləri yoxlanılıb.
Aparılmış yoxlamalar nəticəsində aşkar olunmuş nöqsanların aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq yerli icra hakimiyyəti orqanlarına və aidiyyəti nazirliklərə məktublar göndərilib.
Yoxlamaların gedişində də nöqsanların aradan qaldırılması istiqamətində xeyli işlər görülüb, yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərlə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğa göndərilib.
Habelə, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edilib, ümumilikdə 914 nəfər vəzifəli şəxs 516,6 min manat məbləğində cərimə edilib və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.
Maliyyə Nazirliyinin yerli maliyyə orqanlarında aparılmış yoxlamaların nəticələri üzrə maliyyə orqanlarının 3 vəzifəli şəxsi tutduqları vəzifədən azad edilib, 8 vəzifəli şəxsə töhmət, 3 vəzifəli şəxsə xəbərdarlıq elan edilib.