YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Pakistan Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir

«Azərbaycan və Pakistan starteji münasibətdə olan dövlətlərdir. Pakistan dövlət müstəqilliyimizi tanıyan ilk ölkələr sırasındadır». Bu fikirləri yap.org.az saytına Milli Məclisin komitə sədri, Azərbaycan–Pakistan Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Pakistan Prezidentinin ölkəmizə səfəri böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, hər iki dövlət beynəlxalq müstəvidə də birbirini birmənalı olaraq dəstəkləyir.

«Münasibətlərimiz uğurla inkişaf edir. Pakistan həmişə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ölkəmizin mövqeyini müdafiə edib. Bir neçə iləvvəl bu ölkənin Senatı tərəfindən Xocalı soqırımnın tanınması məhz bu münasibətlərin məntiqi nəticəsidir. Hesab edirəm ki, Pakistan münaqişənin həllində daim öz dəstəyini Azərbaycana verəcək»- deyə E.İbrahimov vurğulayıb.