YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Xətai rayon təşkilatı ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Noyabrın 25-də YAP Xətai rayon təşkilatı  Ramiz Quliyev   küçəsi 4 və Nadir Mahmudov küçəsi 26 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqlarını keçirib. Hesabat məruzələri dinlənilib, çıxışlar əsasında ərazi partiya təşkilatlarının hesabat dövründəki fəaliyyətləri qiymətləndirilib.

Yığıncaqlarda çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə  bildirib ki, hər bir ölkənin inkişafında, tərəqqisində möhkəm təməl, düzgün müəyyənləşdirilən siyasət əsas rol oynayır: “Azərbaycanın bugününü müstəqilliyini bərpa etdiyi ilk illərlə müqayisə etdikdə bunu aydın şəkildə görürük. O illərdə ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, idarəçilik qabiliyyətinin yoxluğu, ən əsası şəxsi ambisiyalarını dövlət maraqlarından üstün tutmaları Azərbaycanı müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə qoymuşdu. Lakin 1993-cü ildən sonra Azərbaycanın həyatında tamamilə fərqli bir dövr başladı. Vətənini, xalqını canından artıq sevən, daim Azəırbaycanı yüksəklərdə görmək istəyən ulu öndər Heydər Əliyev düşünülmüş və məqsədyönlü siyasəti ilə bugünkü Azərbaycanın əsasını qoydu. Son 18 ildə bu siyasət YAP-ın Sədri, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan xalqı dünyanın xoşbəxt xalqları sırasında yer alır. Təbii ki, ölkəsinin gələcəyini düşünən Lideri olan xalq xoşbəxtdir.  Bu gün böyük qürur hissi və fəxrlə qeyd edirik ki, ərazi bütövlüyümüzün bərpası Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik siyasətin şah əsəridir. Ölkənin aparıcı siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının  hər bir üzvü bu uğurlara  öz töhfəsini vermək üçün ciddi səylər göstərdi. Dövlət başçısı İlham Əliyev daim bu reallığı xüsusi qeyd edir ki,  əldə edilmiş bütün uğurlarımızda Yeni Azərbaycan Partiyasının, onun üzvlərinin böyük əməyi, rolu var. Bu gün partiyamız ölkəmizin aparıcı siyasi qüvvəsi kimi bu böyük məsuliyyəti hiss edir, onu öz üzərinə götürür.  Yeni Azərbaycan Partiyası dünya miqyasında çox böyük və güclü partiyalardan biridir.”

“Yeni Azərbaycan Partiyasının üzvlərinin say tərkibinə diqqət yetirsək onun böyük əksəriyyətini  gənclər təşkil etdiyini görərik” söyləyən Vüqar Rəhimzadə qeyd edib ki, bu, YAP-ın gəncləşən partiya olduğunu bir daha təsdiqləyir: “Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında sıx birləşərək, Azərbaycanın uğurlu gələcəyi naminə üzərlərinə düşən vəzifəni layiqincə  yerinə yetirməyə çalışırlar. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz bunun təqdimatı oldu.”

YAP Xətai rayon təşkilatının sədri  vurğulayıb ki,  29  ilin təhlili  bu fikrə də   əsas verir ki,   tarix bu partiyanı qələbələr qazanmaq üçün yaradıb. Ötən bu müddət ərzində YAP  hər bir sınaqdan  qalib  çıxıb və özünü Azərbaycan xalqına qaliblər partiyası kimi tanıdıb.

Sonra hesabat seçki-yığıncaqlarında təşkilati məsələlərə baxılıb.

Anar Cavadov Ramiz Quliyev küçəsi 4 ünvanında  yerləşən ərazi partiya təşkilatının sədri, Aygün Əliyeva sədr müavini, Naibə Məhərrəmova  Nadir Mahmudov küçəsi 26 ünvanında yerləşən ərazi partiya təşkilatının sədri,  Esmira Talıbova isə sədr müavini seçiliblər. 

YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə yeni tərkiblərə fəaliyyətlərində uğurlar arzulayıb.

DİGƏR Xəbərlər Arxiv