YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yasamal rayon təşkilatında "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda tədbir keçirilib

YAP Yasamal rayon təşkilatında "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda dərslərin başlanması ilə bağlı tədbir keçirilib.

Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstünün üzərinə qızılgül dəstələri düzüblər.

Azərbaycan Respublikasının himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin və vətən uğrundan canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev iştirakçıları salamlayaraq “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslərin ümummilli liderin zəngin irsinin araşdırılmasına, öyrənilməsinə və gələcək nəsillərə çatdırılmasına həsr olunduğunu bildirib.

Çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov Heydər Əliyevin vətən və xalq qarşısında misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışaraq, ulu öndərin təhsilə daim xüsusi önəm verdiyini vurğulayıb.

Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvü, partiyamızın “qızıl fondu” olan “91-lər”in nümayəndəsi Şahlar Əsgərov Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərinin yaddaşlarda təkcə iqtisadi yüksəliş, təsərrüfatın bütün sahələrinin inkişafı dövrü kimi deyil, həm də elmin, təhsilin, mədəniyyətin misilsiz tərəqqisi illəri kimi qaldığını bildirib.

Millət vəkili Sadiq Qurbanov çıxışında Heydər Əliyev fenomeninin ən mühüm göstəricilərindən biri olan azərbaycançılıq məfkurəsinin, milli ruhun hədsiz yüksəlməsinin, milli özünüdərkin inkişafının, xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsiplər əsasında dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi amilə çevrilməsinin vacibliyini vurğulayıb.

Çıxış edən Millət vəkili Elnur Allahverdiyev isə dünya analitiklərinin böyük önəm verdiyi milli mədəniyyətin yayılması siyasətini Heydər Əliyevin hələ sovet dövründə özünəməxsus tərzdə həyata keçirdiyini, Ulu öndərin Azərbaycanı dünyada məhz milli dəyərləri, tarixi, mədəniyyət özəlliyi ilə tanıtdığını söyləyib.

Daha sonra müzakirə formatında davam edən görüşdə məktəblilərin sualları cavablandırılıb, təklifləri dinlənilib.

Sonda məktəblilərlə xatirə şəkli çəkilib.

DİGƏR Xəbərlər Arxiv