YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının ərazi partiya təşkilatlarında hesabat-seçki yığıncaqları davam edir. YAP Pirallahı rayon təşkilatının Əzizbəyov küçəsi və Şimali Abşeron limanı 19 ünvanlarında yerləşən ərazi partiya təşkilatlarında keçirilən hesabat-seçki yığıncaqlarında Vətən uğrunda canından keçən şəhidlərimizin və Ümummilli Liderimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

         Ərazi partiya təşkilatlarının ötən dövr ərzindəki fəaliyyətləri barədə hesabat məruzələri dinlənildikdən sonra hesabat məruzəsi ətrafında geniş müzakirələr aparılıb və ərazi ilk partiya təşkilatlarının hesabat dövrü ərzindəki fəaliyyətləri qənaətbəxş hesab olunub.

         Daha sonra gündəlikdə duran ikinci məsələ ilə bağlı iclas iştirakçıları tərəfindən Əzizbəyov küçəsi və Şimali Abşeron limanı 19 ərazi partiya təşkilatlarının sədr və sədr müavinləri seçilib. Vüsalə Məmmədova Əzizbəyov küçəsi ərazi partiya  təşkilatının sədri, Aygün Həsənova sədr müavini, Mekrailov Teyyub Şimali Abşeron limanı 19 ərazi partiya təşkilatının sədri, Ruslan Əliyev sədr müavini seçiliblər.

         İclasların sonunda YAP Pirallahı rayon təşkilatının məsul əməkdaşları İlqam Əskərov və Məmləkət Qaraçobanova yeni seçilən sədr və sədr müavinlərini təbrik edərək işlərində uğurlar arzulayıblar və partiya üzvlərini partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıblar.