YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nikoloz Metreveli: Zəngəzur dəhlizi layihəsi bütün region ölkələri üçün faydalı olacaq

Zəngəzur dəhlizi layihəsi təkcə Azərbaycan və Türkiyə üçün deyil, digər region ölkələri üçün də faydalı olacaq. Düşünürəm ki, Ermənistanda da bu dəhlizin açılmalı olduğunu çox yaxşı anlayırlar.

Bunu gürcü politoloq Nikoloz Metreveli “Region müharibədən bir il sonra: nəticələr və yeni imkanlar” mövzusunda keçirilən mətbuat konfransında söyləyib.

Siyasətçi təəssüf hissi ilə qeyd edib ki, bu gün Ermənistanda Zəngəzur dəhlizinin həyata keçirilməsinə qarşı olanlar və revanşa meyilli qüvvələr var. Ermənistanın baş naziri Nikol Paşinyan da çox yaxşı başa düşür ki, bu dəhliz açılmalıdır. Xalq da onu dəstəkləməlidir.

N.Metreveli Zəngəzur dəhlizinin reallaşmasından sonra Gürcüstan iqtisadiyyatının zəifləyəcəyinə dair fikirləri də əsassız adlandırıb. O deyib: “Bu dəhlizin həyata keçirilməsinin Gürcüstanın regionda tranzit funksiyasını azaldacağı ilə bağlı səsləndirilən fikirlər əsassızdır. Bu layihənin reallaşdırılması Gürcüstan iqtisadiyyatına real təhlükə yaratmayacaq”.