YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Nərimanov rayon təşkilatı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağını keçirib

Yeni Azərbaycan Partiyasının Nərimanov rayon təşkilatının “Nəcəf Nərimanov 8B” ərazi partiya təşkilatının növbəti hesabat-seçki yığıncağı keçirilib.

İclasda çıxış edən Azərbaycan Kooperasiya Universitetinin dekanı Vilayət Əliyev bildirib ki, gündəliyə ərazi partiya təşkilatının 2017-ci ilin fevralından bugünədək fəaliyyətinə dair hesabat və təşkilati məsələlər daxildir. Hesabatda statistik icmal, təşkilatda təmsil olunan müəllimlərin, texniki işçilərin, qadınların və gənclərin say nisbəti, onların fəallıq əmsalı, Azərbaycan Kooperasiya Universitetinin struktur bölmələri üzrə təşkilat  üzvlərinin faiz indikatoru, habelə islahatlar çərçivəsində ƏPT-nin fəaliyyətinin təkmilləşdirilməsinə və səmərəliliyinin təmin edilməsinə istiqamətlənmiş yeniliklər barədə ətraflı məlumat verilib.

Bildirilib ki, təşkilat öz fəaliyyətini YAP-ın Sədri, Azərbaycan Prezidenti İlham Əliyevin dövlət və partiya tədbirlərindəki nitqlərində səsləndirdiyi müddəaların, habelə partiyanın Proqram və Nizamnaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində qurub.

İclasda çıxış edən ərazi partiya təşkilatının üzvləri, Ulu öndər Heydər Əliyevin mütərəqqi ideyalarının daşıyıcısı olan Yeni Azərbaycan Partiyasının keçdiyi yola nəzər salıb, ölkəmizin qazandığı uğurlardan danışıblar. Təşkilatın hesabatı səsə qoyularaq qənaətbəxş hesab edilib.

Daha sonra təşkilati məsələlərə baxılıb, Vilayət Əliyev ərazi partiya təşkilatının sədri, Fikrət Quliyev isə sədr müavini seçilib.

Sonda, YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev yeni seçilmiş sədr və müavinləri təbrik edərək işlərində uğurlar arzulayıb və iclas iştirakçılarını partiyanın fəaliyyətində daha da yaxından iştirak etməyə çağırıb.