YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının 102 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatı Buta qəsəbəsi Qaz Emalı Zavodunun akt zalında 102 saylı ərazi partiya təşkilatının hesabat-seçki yığıncağı keçirilib. Yığıncaqda YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev iştirak edib.

Tədbirdə Qaz Emalı Zavodunun direktor müavini, 102 saylı ərazi partiya təşkilatının sədri Nizami Quliyev məruzə ilə çıxış edərək hesabat dövründə görülən işlərdən danışıb. N.Quliyev 500-ə qədər insanın çalışdığı kollektivin 250-yə qədərinin YAP üzvü olduğunu qeyd edib və əldə olunan bu uğurlarda partiya üzvlərinin də böyük rolu olduğunu bildirib.

Sonra Qaz Emalı Zavodunun direktoru Aqşin Paşayev çıxış edərək əvvəlcə müəssisənin fəaliyyəti barədə məlumat verib. YAP-ın fəaliyyətindən bəhs edən A.Paşayev əmin olduğunu bildirib ki, YAP Azərbaycanda ən güclü siyasi təşkilatdır.

Tədbirdə həmçinin, iclas iştirakçlarından Ramiz Namazov, Ələkbər Bayraməliyev  və digərləri ərazi partiya təşkilatının işini müsbət qiymətləndiriblər.

Sonra təşkilati məsələlərə baxılıb və Nizami Quliyev ərazi partiya təşkilatının sədri, Ramiz Namazov isə sədr müavini seçilib.

Yığıncağın sonunda çıxış edən YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev Ümummilli lider Heydər Əliyevin siyasi kursunun mahiyyətindən və YAP-ın yaranma səbəblərindən, partiyanın əsas prinsiplərindən,YAP-ın Azərbaycanın müasir siyasi tarixində oynadığı roldan, regionda baş verən tarixi əhəmiyyətli dəyişikliklərdən bəhs edib. O, qarşıda duran vəzifələrdən danışaraq ərazi partiya təşkilatlarının üzvlərinə müvafiq tövsiyələr verib.