YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Binəqədi rayon təşkilatının ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib

Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Azadlıq prospekti 179 ünvanlı ərazi partiya təşkilatında hesabat-seçki yığıncağı keçirilib.

Hesabat-seçki yığıncağını giriş nitqi ilə açan YAP Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov yığıncaq iştirakçılarını salamladı. Bu ilin mart ayının 5-də keçirilən partiyanın VII Qurultayından bəhs edən Vüsar İsmayılov yeni Nizamnamə və proqramın qəbul edilməsindən, eləcə də struktur dəyişikliklərindən bəhs etdi. Bu islahatların partiyanı gələcək inkişafına əsaslı zəmin yaratdığını bildirdi. Çıxışının davamında rayon təşkilatı tərəfindən görülən işlər və qarşıda duran vəzifələr haqqında məlumat verdi. Ərazi ilk partiya təşkilatının daha da sistemli və keyfiyyətli fəaliyyət göstərməsi istiqamətində müvafiq tapşırıq və tövsiyyələrini verdi.

Ərazi partiya təşkilatının sədri Yunis Hüseynov gündəlikdə duran məsələlər barədə məlumat verdi. Bildirdi ki, hesabat-seçki yığıncağının gündəliyində əsasən iki məsələ - ərazi ilk partiya təşkilatının sədrinin partiyanın VI Qurultayından ötən müddət ərzində fəaliyyətinə dair hesabat məruzəsinin dinlənilməsi, sədr və sədr müavininin seçilməsi məsələləri müzakirə olunacaq. Sədr daha sonra geniş hesabat məruzəsi ilə çıxış edərək, ərazi ilk partiya təşkilatının fəaliyyəti və gördüyü işlər haqqında danışdı.

Yığıncaqda çıxış edən ərazi partiya təşkilatının üzvü, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev ölkəmizdə dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu və məqsədyönlü islahatlardan danışdı. Azərbaycanın bütün sahələrdə müvəffəqiyyətlərə imza atdığını və bu uğurların bundan sonra da davamlı olacağına əminliyini ifadə etdi. Ərazi partiya təşkilatının işinə uğurlar arzu etdi.

Hesabat məruzəsi ətrafında çıxışlar edən ərazi partiya təşkilatının üzvləri Amal Əsgərov, Ziba Nəcəfova təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndirdilər. Hesabat məruzəsi səsə qoyularaq qəbul edildi.

Yığıncağın sonunda təşkilatı məsələlərə baxılaraq partiya üzvlərinin yekdil qərarı ilə Yunis Hüseynov yenidən ərazi ilk partiya təşkilatının sədri, Ziba Nəcəfova isə sədr müavini seçildilər. Onlar çıxışlarında göstərilən etimadı yüksək qiymətləndirdiklərini və bu etimadı hər zaman doğruldacaqlarını bildirdilər.